Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.
Teleqraf.com xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.
Onun sözlərinə görə, bu heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.
"Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb", - deyə MSK sədrinin müavini əlavə edib.
O bildirib ki, MSK-nın qərarı ilə şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək.