12 Fevral 2020 19:32
1 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müxalifətin YAP-a növbəti böhtanı ifşa olundu".

Teleqraf.com xəbər verir ki, bu sözlər yenidən deputat seçilmiş Aydın Mirzəzadəyə məxsusdur.

O, qeyd edib:

"Bu gün sosial şəbəkədə mənimlə bağlı birləşdirilmiş iki şəkil yayılıb. Müxalifət mənimlə görüşən insanı guya seçki qutusu başında yaxalayıb.

Birincisi, bunlar fərqli insanlardır. Kim istəsə böyüdüb baxa bilər.

İkincisi, seçki qutusu başında şəkli çəkilən insanın mənə nə aidiyyatı olduğunu müxalifət izah edə bilmir.

Üçüncüsü, bütün seçki təbliğatı boyu bütün görüşlərimin fotoxronikasını ardıcıllıqla səhifəmdə yerləşdirmişəm. Səhifəm müxalifət tərəfindən böyüdücü vasitəsi ilə izlənildiyini də bilirdim. Hər hansı, qüsur tapılsaydı, çoxdan haray salımışıdılar.

Ayıbdır, cənablar, ayıbdır. Saxtakarlığıa son qoyun, istənilən yalanın mütləq üstü açılır".


Müəllif: Teleqraf.com