21 Fevral 2020 17:59
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında 81 saylı Beyləqan seçki dairəsi üzrə namizəd Anar Məmmədov, Hikmət Abbasov və digərlərinin şikayətinə baxılıb.

Teleqraf.com-un məlumatına görə, MSK üzvü İlham Məmədov bildirib ki, şikayətçilər həmin DSK-nın 16 fevral tarixli şikayətini mübahisələndirib:

“Şikayət üzrə maraqlı seçki subyektlərinin ifadələri alınıb. Şikayət qismən təmin edilməli, həmin seçki dairəsinin 1, 4, 6 və 31 saylı məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir. Qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır”.

Müzakirədən sonra 81 saylı Beyləqan seçki dairəsi üzrə 1, 4, 6 və 31 saylı seçki məntəqələrində səsvermənin etibarsız hesab edilməsinə dair qərar qəbul olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər