“Pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı heç kəsdə dəqiq təsəvvür yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında deyib.
Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizədə çox ciddi tədbirlər görülür:
“Təklif edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım alan şəxslərin siyahısı və kateqoriyası daha da dəqiqləşdirilsin. Bu gün bəzi sahələr fəaliyyətini dayandırıb və həmin sahələrdə çalışan şəxslər gözlənilən gəliri əldə edə bilmir. Onlara güzəştli kreditlərin verilməsi ilə bağlı təkliflər hökumət tərəfindən hazırlansa, daha yaxşı olar”.