17 Sentyabr 2020 10:42
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş ictimai dinləmə keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planının layihəsində əksini tapıb.

İş planının layihəsinə əfv etmə – amnistiya aktının insan hüquqlarının təminatı institutu kimi reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi də daxil edilib.

İş planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər