4 Yanvar 2021 11:42
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağdakı savaşda istifadə olunan və müharibənin nəticəsini təyin edən “Bayraktar TB2” dronlarını almaq istəyən İngiltərə hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, İngiltərənin həm kiçik ölçülü, həm də ucuz olduğu üçün ABŞ-ın “Protector”unun yerinə, Türkiyədən “Bayraktar TB2” dronları almaq istədiyi açıqlanıb.

Almaniyanın Heisse.de adlı xəbər portalı İngiltərənin Müdafiə Naziri Ben Uollesin “Türk PUA-ları yeni cığır açıb” açıqlamasını verdiyini yazıb. Məqalədə Dağlıq Qarabağda istifadə olunan “Bayraktar”ın müharibələrin gedişatını dəyişdirdiyi bildirilib, türk PUA-larının kiçik ölçülü, asan istifadə edilən və ucuz olduğu vurğulanıb.

Qərb mütəxəssislərinin fikrincə, Dağlıq Qarabağ müharibəsi pilotsuz təyyarələrlə nəticələrə təsir edən ilk savaşdır. Mütəxəssislər Azərbaycanın İsraildən aldığı kiçik pilotsuz təyyarələrin münaqişə başlamazdan əvvəl saatlarla əməliyyat bölgəsini araşdırdığına diqqət çəkir.

Türkiyədə istehsal olunan PUA-ların bu qədər effektli olması Almaniyanın da diqqətini çəkib.

Almaniya əvvəllər istehsalını dayandırdıqları PUA istehsalını bərpa etmək üçün müzakirələrə başlayıb. Məqalədə qeyd edilib ki, Dağlıq Qarabağdakı savaşdan sonra peşman olan Almaniya yeni bir başlanğıc üçün hərəkətə keçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər