16 Aprel 2021 09:49
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərinə cavab verib.

Nazirliyin Mətbuat xidməti idarəsindən Teleqraf.com-a bildirilib ki, aprelin 14-də Ermənistan parlamentində çıxış edən N.Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

"Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

"Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda", - Azərbaycan XİN-dən bildirilib.


Müəllif: Teleqraf.com