16 İyun 2021 12:27
1 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Prezidenti Gi Parmelin Rusiyanın Qarabağda savaşın dayandırılmasındakı rolundan danışıb.

Teleqraf.com xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bu məsələni gündəmə gətirəcəyini deyib.

“Qarabağ bölgəsində atəşkəs Rusiyanın sayəsində baş verdi”, - Parmelen bildirib.

Putin və Rusiya nümayəndə heyəti üzvlərinin ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra – bu gün İsveçrə tərəfi ilə danışıqlar aparacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu