21 Sentyabr 2021 12:10
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Duma seçkilərində onlayn səsvermənin nəticələrinin 14 saatdan çox gecikmə ilə elan edilməsi Moskvada gərginlik yaradıb.

Teleqraf.com xəbər verir ki, onlayn səsvermədə aldadılaraq uduzduqlarını iddia edən bəzi namizədlər və Kommunist Partiyasının üzvləri gecə Moskvada küçəyə çıxaraq Puşkin meydanında etiraz ediblər.

Seçkilərdə hakim partiyanın namizədi, məşhur televiziya aparıcısı Timofey Bacanova seçkilərdə uduzan Dövlət Dumasının kommunist deputatı Valeri Raşkin onlayn səsvermənin nəticələrini tanımadığını və ləğv edilməsini istəyəcəyini açıqlayıb.

Paytaxtda 2 milyona yaxın onlayn səs qazandığı elan edilən hakim partiya Vahid Rusiya Kommunist Partiyasını böyük fərqlə geridə qoyub. Bu gərgin polemikaya səbəb olub.

Partiya lideri Gennadi Zyüqanov verdiyi açıqlamada onlayn səsvermə sisteminin bütün ölkədə nəticələrə təsir edə biləcək “hakrer işi” olduğunu söyləyib.

Moskva meriyası koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərin keçirilməsinin qadağan edildiyini əsas gətirərək kommunistlərin 20, 21 və 25 sentyabrda 5 min insanın iştirakı planlaşdırılan mitinq müraciətini rədd edib. Buna baxmayaraq, kommunistlər Moskvada hərəkətə keçiblər.

“Rosqvardiya”, polis və OMON mitinqin keçirdiyi Puşkin meydanında təhlükəsizlik tədbirlərini gücləndiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər