16 Oktyabr 2021 22:02
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün Milli Məclisin bir qrup deputatı oktyabrın 17-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

Nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Sahib Alıyev daxildir.

Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq.

Tədbirin sonunda mətbuat konfransı keçiriləcək.

Səfər zamanı nümayəndə heyətləri Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü və Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə təşkil edilmiş tədbirdə iştirak edəcəklər.


Müəllif: Nemət