24 İyun 2022 15:16
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden yenidən Azərbaycana qarşı tətbiq olunan “Azadlığa Dəstək” Aktına edilən 907-ci düzəlişi tətbiq etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Erməni Milli Komitəsi məlumat yayıb.

Komitənin icraçı direktoru Aram Amparyan Prezident Baydenin qərarını Azərbaycana hərbi yardıma “yaşıl işıq” adlandırılıb.

Amparyan məsələni Konqresin gündəmində saxlamaq üçün bütün səyləri göstərəcəklərini deyib.

Bayden administrasiyası ötən ilin mayın 4-də 907-ci düzəlişin bir illik qüvvədən düşməsini təsdiqləmişdi.

Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən “Azadlığa Dəstək” Aktını qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur.

Düzəlişin tətbiqi 2002-ci ildən ABŞ prezidenti tərəfindən təxirə salınır.


Müəllif: Mənsur Rəğbətoğlu