13 Sentyabr 2022 14:24
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sözçülərimiz və onların ofisləri arasında mövcud əməkdaşlığı sürətləndirmək barədə razılığa gəldik”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü və ictimai diplomatiya mərkəzinin sədri Naser Kənani ilə görüşündən sonra tviterdə yazıb.

Onun sözlərinə görə, görüşdə hər iki ölkənin kütləvi informasiya vasitələrinin Azərbaycan-İran ikitərəfli əlaqələrinin daha da möhkəmləndirilməsində müsbət rol oynaya və dəstək verə biləcəyi bir daha vurğulanıb.


Müəllif: Teleqraf.com