5 İyul 2023 19:29
7 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, AŞPA-da baş verən son hadisələrin mahiyyəti nədən ibarət idi? Azərbaycanla bağlı qəbul edilən absurd bəyanatı necə xarakterizə edirsiniz?

- Avropa Şurasının Parlament Assambleyasında qondarma iclasın təyin edilməsi və lazımsız, heç bir reallığı əks etdirməyən sənədin qəbulunu hər kəs gördü. 600-dən çox deputatı birləşdirən Assambleya cəmi 40 nəfərlə yığışıb bir sənəd təqdim etdi. Bu sənədə dair məsələyə 24 ölkə də imtina etdi. Yalnız 22 ölkənin nümayəndələri hansısa formada erməni lobbisinin təşkil olunması, Fransaya bağlı olan deputatlar və ermənilər Azarbaycanla bağlı lazımsız sənəd qəbul etdi. Əslində bu sənədin heç bir əhəmiyyəti yoxdur. Çünki onlar əvvəlcə Laçın yolu ilə bağlı blokada məsələsini gündəmə gətirirdilər. Amma gördülər ki. bununla özlərini biabır edirlər. Beləliklə məruzəni "Laçın dəhlizində sərbəst gediş" adlandırmağa başladılar. Bu isə onların yalanlarının ifşası demək idi.

- Həmin məruzənin müəllifi kim idi?

- Bu absurd məsələ ilə bağlı məruzəni hazırlayan solçu deputat Paul Gavan (irlandiyalı) Azərbaycanda, Qarabağda olmadığını və məlumatları yalnız bir mənbədən hazırladığını dedi. Amma sözsüz ki, o yalan danışırdı. Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq onun yalan danışdığını və bu şəxsin 2021-ci ildə Azərbaycanda olduğunu, Ağdama, Gəncəyə getdiyini dedim. Əslində o, Azərbaycanda bizə söz vermişdi ki, burada bütün həqiqətləri olduğu kimi yazacaq və s. Amma görünür geri qayıtdıqdan sonra qulaqburması alıb. Ona deyiblər ki, nə Gəncə, nə Ağdam? Burada sənin məqsədlərin var və bunu reallaşdırmalısan. Amma onun etdiyi işi də hamı gördü, Çünki onun gücü 600-dən artıq deputatın işçərisində bir sənədi 40 nəfərlə güclə qəbul etdirməyə çatdı.

- Bu məruzəyə Azərbaycan tərəfindən reaksiyalar necə oldu?

- Sözsüz ki, ona layiqli cavab verildi. Eyni zamanda bizim cavabımız böyük bir effekt yaratdı. Azərbaycanın bu məsələyə münasibəti ölkəmizlə yanaşı Avropada da geniş rezonans yaratmışdı. Hətta Avropa Şurasının Prezidenti vəsvəsəyə düşüb mənimlə müzakirələrlər üçün imkan axtarırdı. Təbii ki, biz buna getmədik. Çünki bu artıq mənasız idi. Əslində iki aydan sonra Avropa Şurasının Prezidenti də bu vəzifədən gedəcək.

- Mötəbər bir təşkilatda belə bir absurd məsələnin ayaq açması nə ilə bağlıdır?

- Fakt odur ki, Avropa Şurasının özü bu gün böhran içərisindədir. Bu böhran da getdikcə dərinləşir. Sadəcə olaraq bunun Azərbaycana heç bir təsiri yoxdur. Bu, Avropa Şurasının özünə mənfi təsir edir. Çünki Avropsa Şurası özünü elə bir quyuya salıb ki, onu buradan xilas etmək çox çətindir.

- ABŞ-ın Azərbaycan və Cənubi Qafqazla bağlı siyasi gündəmində dəyişikliklər hiss olunur. Yeni dönəm üçün bu dəyişikliyin effektivliyi nə dərəcədə təsirli olacaq?

- Azərbaycan nümayəndə heyəti olaraq AŞPA-dakı iclasdan öncə ABŞ-da səfərdə olduq. Burada Azərbaycan nümayəndə heyəti bütün səviyyələrdə geniş görüşlər keçirdi. Sözsüz ki, bu ilk dəfə idi baş verirdi. Konqresdə, Senatda, Ağ Evdə, Dövlət Departamentində, təhlükəsizlik şurası, sülh inistitutunda müzakirələr aparıldı. ABŞ tərəfindən Azərbaycan nümayəndə heyətinin bu səfərində çox böyük maraq var idi. Çünki ABŞ artıq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin region üçün əhəmiyyətli olduğunu dərk edir. Burada Azərbaycanın milli maraqları ilə yanaşı, Qərbin də maraqlarına uyğun yanaşmanın olduğunun şahidi olduq. Avropada Rusiya və Fransa məsələsi təsirlii olsa da ABŞ-da məsələlərə tamam başqa cür yanaşırlar.

- ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bəyan edib ki, Vaşinqton Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır. Amma Amerikanın İrəvanda bundan öncəki səfiri daha çox Azərbaycana qarşı ittihamlara yadda qalıb. Yeni səfirin Cənubi Qafqaz və Azərbaycanla bağlı açıqlamalarını nəzərə alsaq ABŞ-ın bölgə ilə bağlı siyasətində nə kimi korrektlərin olacağı gözlənilir?

- Sözsüz ki, ABŞ-ın İrəvandakı bundan öncəki səfiri ilə yeni səfirin çıxışları arasında böyük bir fərq var. Bu dəyişiklik Azərbaycanın yaratdığı reallıqla yanaşı ölkəmizn təqdim etdiyi sülh fəlsəfəsinə əsaslanır. Çünki Azərbaycan sülh məsələsində israrlıdır. Azərbaycan sülhlə yanaşı ölkələrin bu müstəvidə müstəqil olmasını, inkişaf fəlsəfəsini gündəmə gətirir. Təbii ki, sülh rahatlıq, inkişaf, gələcək bəxş etməklə yanaşı müstəqil dövlət anlayışını güclənməsi deməkdir. Amma bu yanaşma bölgədə ancaq Azərbaycana aiddir. Çünki Ermənistan və eyni zamanda Gürcüstan bunu sona kimi bunu edə bilmir. Reallıq odur ki, ABŞ-da Azərbaycanla bağlı həqiqətlər qəbul edilir. Eyni zamanda Prezident İlham Əliyevin ötən gün ABŞ prezidenti Cozef Baydenə göndərdiyi təbrik məktubu bu kimi məsələləri gündəmdən çxarır. Göndərilən məktubda qeyd edilir ki, Azərbaycan ABŞ-la münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsində maraqlıdır. Bu amil olduqca önəm kəsb edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər