25 Mart 13:18
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko Moskva yaxınlığındakı Crocus City Hall konsert zalında baş vermiş terror aktı fonunda rusiyalı həmkarı Vladimir Putinlə daim əlaqə saxladığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Deməliyəm ki, biz bu günlərdə prezident Putinlə əlaqə saxladıq və çox sıx işlədik".

Lukaşenko əlavə edib ki, Belarus və Rusiya indi rahatlaşa bilməz, düşmənlər hər iki ölkəni “əyməyə, silkələməyə, diz çökdürməyə” çalışacaqlar. Onun sözlərinə görə, martın 16-da keçiriləcək prezident seçkiləri öncəsi Putinlə məhz bu haqda danışıb.

Martın 22-də axşam saatlarında Moskva "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.


Müəllif: Pərvin Cəfərova