Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, nazir bununla bağlı özünün "X" sosial şəbəkəsindəki paylaşım edib.
"Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik", - deyə o qeyd edib.