18 Aprel 10:59
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 30 ildə regionda xaos şəraitində yaşayırıq və buna son qoymağın, təkcə ölkəmizdə deyil, həm də bölgədə qanunun aliliyini bərqərar etməyin vaxtı çatıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd yaşayış məntəqələrinin sakinləri ilə görüşündə deyib.

“Fikrimiz ondan ibarətdir ki, “vay, Azərbaycan 50 metr aralıdadır” deməyəsiniz, deyəsiniz ki, vay, nə yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, biz orada ticarət edəcəyik, orada iqtisadiyyat quracağıq. Daha bir keçid məntəqəsi tikə bilərikmi, maşınlar gəlib getsin, Ermənistan Respublikasına pul ödənilsin... İndi məndən soruşa bilərsiniz ki, bunun olacağına 100 faiz zəmanət verirsən? 100 faiz zəmanət vermirəm, amma bilirəm ki, addım-addım gedəcəyik, 90 faiz və daha da çox olacaq”, - Paşinyan bildirib.

Baş nazir əmin edib ki, bu addımlar atılmasa, bölgədə yeni partlayış olacağı qaçılmazdır:

“Haqq var, qanun var, xətt var, gedirik, o xətdə dayanırıq. Bu xətt üzərində dayanmaqla bugünkündən 100 dəfə güclü olacağıq. Söhbət bəxşiş verməkdən getmir, Ermənistan Respublikasını bir dövlət kimi 100 dəfə gücləndirməkdən gedir”.

Paşinyan bu il ikinci dəfədir Tavuşun sərhəd icmalarına gedir. Görüşlərin əsas mövzusu Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu