26 Aprel 12:51
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Almaniyaya gözlənilən səfərinin Füzuli-Berlin marşrutu üzrə başlanması - azad olunmuş ərazilərdən qlobal siyasətə ilk çıxış təkcə bu unudulmaz anı tarix səhifəsinə yazmaq məqsədi daşımır, həm də siyasi hesablamanın tərkib hissəsidir. Və istisa deyil ki, məsələ heç də Əliyevin Japarovla birlikdə Qarabağda olduğu üçün zaman trafikindən qaynaqlanmayıb. Füzulidən Berlinə uçan Prezidentin portfelində Azərbaycana dividentlər gətirəcək məsələlər var.

Əliyev Berlinə Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün gedib və COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi orada təmsil olunur. Berlin dialoqunda müzakirələr Bakıda baş tutacaq COP29 üçün istiqamətləri müəyyən edəcək. Və hazırda qlobal iqlim problemlərində iki istiqamət prioritetdir:

1. İqlim problemlərinin qarşısının alınması “yaşıl enerjiyə” keçidlə mümkündür;
2. İnvestorların “yaşıl enerji”yə kapital yatırması əhəmiyyətlidir və buna təşviq edilməlidirlər.

Prezident İlham Əliyev də Berlin gündəliyini bu prioritetlər üzərindən müəyyənləşdirib.

- Əliyev Berlinə azad olunmuş ərazilərdən gedərək, buranın artıq “təhlükəsiz bölgə” olduğunu nümayiş etdirdi: bu investorlar üçün vacib amildir;

- Bakının hədəfi azad olunmuş əraziləri “yaşıl enerji zonasına” çevirməkdir və Əliyevin portfelində də məhz investorları bu bölgəyə cəlb etmək var;

- Və ən mühüm amillərdən biri Azərbaycanın torpaqlarını azad etdiyinin, suverenliyinin bərpa olunduğunun mesajı praktiki olaraq Avropaya çatdırıldı: bu, xüsusilə Fransa başda olmaqla suverenliyimizin bərpasını qəbul etməyən, hələ də regiondakı reallığı dəyişdirə biləcəklərinə ümid edən qüvvələrə ünvanlanıb.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər