23 İyun 19:25
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan deyir ki, 30 ildə mənə yaşatdıqlarınızı, mən də sizə yaşadacam, qisas alacağam. Bu, öhdəsindən gəlməli olacağımız ən böyük problemdir".

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan dünən Xankavanda çıxışı zamanı deyib.

“Böyük ölkələr, beynəlxalq oyunçular da var ki, deyirlər ki, bir dəqiqə dayan, sanki yaşamaq istəyirsən. Siz sülh içində yaşayan bir xalq deyilsiniz, siz əzab çəkən bir xalqsınız, əzab çəkməli, köç etməli, öldürülməli, təmizlənməli və xilas olmaq üçün yanıma gəlməli, mən də sizi xilas etməyə gəlməliyəm” ,-deyə Paşinyan qeyd edib.

Paşinyan bildirib ki, xalqın onlara mesajı odur ki, onlar əbədi döyüşmək deyil, sadəcə yaşamaq istəyirlər.

“Bizin partiyanın ideologiyası məhz belədir. Həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşlarımızın yaşamaq, yaxşı yaşamaq istəyinə azadlıq vermək, azadlıq vermək və mümkün etmək. Çünki cəmiyyətimizdə yaxşı yaşamaq həvəsinə azadlıq verilmir”, - deyə o bildirib.


Müəllif: Teleqraf.com