8 İyul 13:43
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa çempionatının 1/4 finalında Türkiyənin Niderlandla matçda 2:1 hesabı ilə məğlub olmasından sonra qardaş ölkə komandası ilə bağlı fərqli fikirlər səslənir. Sözsüz ki, türk futbolçular yaxşı oyun göstərsələr də, nəticə müsbət olmadı.

Bunu Teleqraf.com-a Milli Məclisin VI çağırış millət vəkili olmuş Aqil Abbas deyib.

O qeyd edib ki, bu oyunda Türkiyə komandası meydançaya baş məşqçisiz çıxmışdı: “Oyunu da elə məşqçisiz oynadılar. Türk futbolçular oyunu yalnız ürək yanğısı ilə oynadılar. Taktika, strategiya, demək olar ki, heç bir şey yox idi”.

Aqil Abbasa görə, türk futbolçular dünyaya sübut edilər ki, məşqçisiz futbol oynamaq olar: “Güclü bir komandanı müdafiəyə çəkmək sadəcə olaraq ağılsızlıqdır. Çünki ən yaxşı müdafiə hücumdur. Komanda hücum etməlidir ki, müdafiə də oluna bilsin. Bundan öncəki kimi, yəni Avstriya ilə oyundakı tərzdə fərdi futbol oynadılar. Bu da alınmadı. Dəyişiklik vaxtında edilmədi, taktika da dəyişilmədi və s”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər