İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovun “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatını təsdiqləyərək bildirib ki, razılaşma İrəvanın sülh və iqtisadi inkişaf baxışının mühüm hissəsidir.
Xatırladaq ki, E.Əmirbəyov daha öncə bildirmişdi ki, qarşılıqlı razılığa əsasən, kommunikasiyaların yenidən açılması sülh sazişindən çıxarılaraq sonrakı mərhələyə saxlanılıb.