15:53
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İngilis dilini bilən işçilərdən ibarət heyət yaradılıb. Dil bilgilərini təkmilləşdirmək üçün ingilis dili kurslarında 331 nəfər iştirak edib".

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni klinikada COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.

O qeyd edib ki, təcili və təxirəsalınmaz tibbi yardımın Mərkəzi Çağrı Xidmətinə daxil olan müraciətləri operativ yönləndirmək üçün bir sıra addımlar atılıb:

"COP29 tədbirinə hazırlıq üçün ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub. Bütün kompüterlər sazlanıb, yeni call-center avadanlıqları təmin olunub. Bundan əlavə, data serverə baxış keçirilib, gələcəkdə baş verə biləcək texniki nasazlığın qarşısını almaq məqsədilə server yeni ötürücü qurğularla təchiz olunub".


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər