Azərbaycanla bütün məsələlər müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan bildirib.
Araik “Bu, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinə də aiddirmi” sualına belə cavab verib:
“Mən belə bir söz demədim. Qırmızı xətlərimizin olduğunu söyləmişik, bu barədə məlumat vermişik”.
Ermənistan rəsmisi böyük güclər və ya üçüncü tərəflərin sülh müqaviləsini imzalamaq üçün artıq tərəflərə təzyiq göstərməməsi ilə bağlı sualı da cavablandırıb:
“Böyük dövlətlərin istənilən prosesdə öz maraqları var və bunları rəhbər tuturlar. Bu, bizim maraqlarımızı inkişaf etdirə bilməmiz üçün vacibdir”.
Rəsmi Bakı İrəvandan Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasını tələb edir. Bu, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın əsas şərtidir.