16:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29 tədbiri çərçivəsində ölkəmizə xeyli sayda qonaq gələcək. Gələn qonaqların giriş nöqtəsində xəstəliyi olan şəxsləri uzaqdan hərarətinin ölçülməsi ilə müəyyən edəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Nadir Zeynalov Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu profilaktik tədbir meymunçiçəyi, COVİD19 və digər resporator xəstəliklərin vaxtında müəyyən edilməsinə yönəlib:

"Həmçinin tədbirdə iştirak edəcək qurumların əməkdaşları üçün yüksək tərkibli peyvəndlər əldə etmişik".


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər