15:58
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İsrailin hücumlarına cavab verməyə tələsməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, vəziyyətin deeskalasiyası məsələsi genişmiqyaslı müharibənin mümkünlüyünə görə həm regional, həm də qlobal səviyyədə ictimai tələbdir. İranlı nazir vurğulayıb ki, yeganə çıxış yolu İsrailin hücumlarının qarşısını almaqdır.

“İran İsrailin son hücumlarına cavab verməkdə nə tərəddüd edəcək, nə də tələsəcək. Sionist rejimin (İsrail) təcavüzünü pisləyirik və cavab vermək hüququnu özümüzdə saxlayırıq. Çünki ölkəmizə təcavüz olub və vaxtında cavab verməyimiz təbiidir”, - Əraqçi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər