Kanal D-nin maraqla gözlənilən serialı "Annem Ankara"nın yayım tarixi bəlli olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın ilk seriyası 20 noyabrda ekranlara gələcək.
Baş rolları Bergüzar Korel və Mehmet Günsürün oynadığı serial 1990-cı illərdə Ankarada cərəyan edir. Heç kimə övlad ola bilməyən atanın və 3 oğlunun qayğısına qalmaq üçün erkən yaşda təqaüdə çıxan ananın hekayəsindən bəhs edən ekran əsəri “Anam Ankara idi. Dəniz, boğazı yox idi, amma müqavimət, mübarizə dolu idi!” şüarı ilə diqqəti cəlb edir.
Həyat hekayəsindən yola çıxılaraq yazılan serial BKM-nin istehsalıdır və qarşılaşdıqları bütün mənfiliklərə baxmayaraq, ümidini itirmədən övladlarına sarılan analara bir ehtiramdır. Ssenarisini Başak Angigünün yazdığı serialın rejissoru Faruk Teberdir.