26 Aprel 2022 14:55
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümumdünya Səhiyyə Təşkilatı işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında töhfəsini verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır".

Teleqraf.com xəbər verir ki. bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge aprelin 26-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

O vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilə bilər.

Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduğunu deyib. Təşkilatın Azərbaycanda hazırda səhiyyə sistemində aparılan islahatlara yaxından töhfə verməyə hazır olduğunu deyən qonaq bildirib ki, ölkəmizdə rəqəmsal və elektron səhiyyə sistemlərinin qurulması istiqamətində görülən tədbirlər də çox müsbətdir.


Müəllif: Teleqraf.com