4 Avqust 2022 15:00
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“QBS Consulting” MMC abonentlər arasında SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 104/185 Çağrı mərkəzinin fəaliyyəti ilə bağlı sorğu keçirib.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

Sorğuda iştirak edən vətəndaşlar əsasən Çağrı mərkəzində xidmət göstərən əməkdaşların problemin həllinə reaksiyası, operativliyi, problemin həlli üçün yönləndirmələri və əməkdaşlar tərəfindən əks əlaqənin yaradılması istiqamətində fəaliyyətlərini qiymətləndiriblər.

Göstərilən diaqramlarda Bakı şəhəri və regionlarda Çağrı mərkəzinin fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticələri ilə tanış ola bilərsiniz. Həmin diaqramlarda abonentlərin həm razı, həm də narazı qaldığı məsələlər öz əksini tapıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər