21 Yanvar 2023 12:35
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 13:00-dan etibarən bir neçə saat müddətinə rabitə sistemində aparılan texniki işlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda fasilə olacaq.

Bu barədə Teleqraf.com “Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Müəllif: Teleqraf.com