ANS kanalından işdən getdiyi bildirilən jurnalist Tünzalə Rafiqqızı bir neçə dəqiqə əvvəl feysbuk sosial şəbəkəsində yeni açıqlama ilə çıxış edib.
Teleqraf.com sözügedən açıqlama-statusu olduğu kimi təqdim edir: "Hörmətli həmkarlarım, bu gün saytlarda yazdığım statusdan xəbər çıxarıblar. Amma təəssüflər olsun ki, bəzi həmkarlarım iş yoldaşlarımın işdən çıxması xəbəri ilə mənim işdən ayrılma səbəblərimi eyniləşdiriblər. Ancaq bu qətiyyən belə deyil. Mənim ANS-lə yollarımın ayrılmasının öz səbəbləri var. Mən hər şeydən əvvəl başda Vahid Mustafayev olmaqla ANS rəhbərliyinə minnətdaram. Bəli, mən ANS-ə gələndə illər öncə imzamı tanıtdırmışdım, ANS-də olduğum illərdə isə bu imzanı daha da qüvvətləndirdim. Bunun üçün əlbəttə ki, yuxusuz gecələrim, əsəblərim və zehnimi xərcləməli oldum. Və sözün əsl mənasında çox şey öyrəndim. İşdən ayrılma səbəbinə gəldikdə isə bu haqda ayrıca açıqlamam olacaq. Sadəcə, qısa onu deyim ki, mən işdən ayrılmağımla bağlı hələ 40 gün əvvəl ərizə yazmışam. Müqaviləmə uyğun olaraq bu müddəti işləmiş, son 10 gündə isə illik məzuniyyətimə çıxmışam. Bir daha qeyd edirəm ki, ANS-i tərk etməyimin səbəbləri barədə ayrıca açıqlamam olacaq”.
Xatırladaq ki, bu gün bir sıra saytlar ANS televiziya kanalından bir qrup jurnalistin ayrıldığı haqda məlumat yayıb. ANS-i tərk edən jurnalistlər arasında Tünzalə Rafiqqızının da adı çəkilib.
Cavad