İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib, monitorda metal dəyənəyin təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi yoxlama zamanı sərnişinə məxsus çamadanda şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, gümüşü rəngli metaldan hazırlanmış 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT