22 İyun 2016 12:02
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda 204 min şəkərli diabet xəstəsi qeydiyyatdadır”.

Teleqraf.com xəbər verir ki, bunu Respublika Endikronolji Mərkəzin direktoru Yusif İsmizadə deyib.

O, qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən hər il dünyada şəkərli diabet xəstələrinin sayı 10-15 faiz artır:

“Bu faiz Azərbaycanda da eynidir. Ümumu respublika üzrə şəkərli dibaet xəstələrinin 62 mini Bakı şəhərindədir. Xəstəliyin yaranma səbəbi müxtəlifdir. Adi qrip xəstəliyi keçirən insan onun fəsadı kimi şəkər xəstəliyinə tutula bilər”.

Yusif İsmizadə qeyd edib ki, uşaqlarda şəkərli diabetin aşkarlanmasının iki tipi mövcuddur: “Birinci tip uşaqlarda şəkərli diabetin anadan keçməsi faktoru olmur, autom xəstəlik irsi deyil. İkinci tip şəkətli diabet irsi xəstəlikdir. Ailədə varsa, o zaman ailənin fərdləri risk qrupuna daxil olurlar. Əgər ana və ata şəkərli diabetdirsə, uşaqlarda 50 faiz meyillik olur. Valideynlərdən birində şəkərli diabet varsa, meyillilik 30 faiz qiymətləndirilir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər