30 İyun 2016 13:41
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rayonlara iki mərtəbəli qatarlar gələn il hərəkət edəcək”.

Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

QSC rəsmisinin sözlərinə görə, hazırda Bakı-Böyük Kəsik istiqamətində yollar əsaslı təmir olunur: “Bölgələrə hərəkət edəcək qatarlar sürət qatarlarıdır deyə elektrik təchizatı, rabitə sistemi yenilənir. Qatarların dispetçer pulti ilə idarə edilməsi sisteminə keçiriləcək”.

Nadir Nadir Əzməmmədovun sözlərinə görə, təmir işləri bu il ərzində yekunlaşa bilər: “Hə şey təmir prosesindən asılıdır, işlər tez də bitə bilr. Gələcəkdə Gəncəyə də iki mərtəbəli qatarların hərəkəti nəzərdə tutulub”.

QSC rəsmisi qeyd edib ki, qatarlardakı tariflər daha sonra müəyyənləşəcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər