4 İyul 2016 09:14
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları departamentinin kollektivi Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcək.

Teleqraf.com xəbər verir ki, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 əlavə vaqonun qoşulması təmin edilir.

“Azərbaycan Dəmir Yolları” QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəldən, əlavə vaqonlara isə həmin vaqon qatara qoşulan gün həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər