Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, hesabata əsasən, Ağdam rayonunun Əhmədağalı kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların (top mərmisi və (9M22U - Qrad) raketi) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. metr ərazi yoxlanılıb.
Tərtər rayonunun Şıxarx kəndində isə 1 otlaq sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış tank əleyhinə qumbara (PQ-7) aşkar olunub, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə daşınıb, nəticə etibarı ilə 500 kv. metr ərazi yoxlanılıb.
Bu gün 2 əkin sahəsi, 2 partlayış yeri və 1 otlaq sahəsi və 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PQ7 - tank əleyhinə qumbara) aşkar edilərək götürülüb, nəticə etibarilə gün ərzində 5 500 kv. metr ərazi təmizlənib.
Ümumilikdə, Agentlik tərəfindən 7 aprel-7 iyul tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 577 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 15 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.