9 İyul 2016 10:59
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayı ərzində Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etməyən, inzibati qanunvericiliyin tələblərini pozan 2480 əcnəbi müəyyən edilib.

Dövlət Miqrasiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, onlardan 16-nın Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 182 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1892 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etməsi, 390 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8992 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 70 188 əcnəbinin müraciəti qeydə alınıb.


Müəllif: