29 İyul 2016 19:53
546
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ramazan bayramı ərəfəsində SOS Uşaq kəndində olub. Fond Kəndin kitabxanasında kiçik yaşlı məktəblilər üçün "Qiraət saatı" təşkil edilib. Uşaq yazarı, BMT-nin "Təbəssüm" mükafatçısı Aygün Bünyadzadə balaca oxucularına öz nağıllarını oxuyub. Onun qiraətinə maraqla qulaq asan uşaqlar yazara danışdığı nağıllar və onların qəhrəmanları barədə müxtəlif suallar veriblər. Yazar uşaqların suallarını cavablandırdıqdan sonra onlara –bəs, aranızda nağıl, hekayə, şeir yazan varmı?-deyə tədbiri daha da canlandırıb. Məktəblilərdən bir-neçəsi yazdıqları nağıl və hekayələri həmyaşıdları qarşısında nəql ediblər. Aygün Bünyadzadə yazar uşaqlara öz tövsiyyələrini verib. Sonra uşaqların istəyi ilə "Qırmızıpapaq" nağılı onların ifasında səhnələşdirilib. Kimisi qızrmızıpapağı oynayıb, kimisi nənəni, kimisi də canavarı. Tədbirin sonunda uşaqlar vətənpərvərlik mövzusunda, anaya, dostluğa aid mahnılar ifa ediblər. Bilik Fondu uşaqlara Aygün Bünyadzadənin kitablarını hədiyyə edib. SOS Uşaq kəndində yaşayan 73 uşaq Bilik Fondunun əməkdaşlarından yay tətili günlərində onlara tez-tez baş çəkməyi və boş vaxtlarını belə səmərəli, əyləncəli keçirməyə yardımçı olmalrını xahiş ediblər.

Müəllif:

Oxşar xəbərlər