Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində cari ilin altı ayında Ağdam rayonunda 832 yeni iş yeri yaradılıb ki, onun da 341-i daimidir.
Ağdam rayon statistika idarəsindən bildiriblər ki, daimi iş yerlərinin 4-ü yeni yaradılmış müəssisə və təşkilatlardadır, 337-si isə fiziki şəxslər tərəfindən açılıb.
Dövlət Proqramının icrasını əhatə edən 2014-cu il yanvarın 1-dən 2016-cü il iyulun 1-dək olan dövr ərzində rayonda ümumilikdə 2034-ü daimi olmaqla 4266 yeni iş yeri yaradılıb.