5 Avqust 2016 13:52
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 8-dən ali təhsil müəssisələrinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə ixtisaslaşma seçimi başlayacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, ixtisas seçimi avqustun 8-dən 14-dək davam edəcək.

Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 16-25 avqust tarixlərində gerçəkləşəcək.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib.

“Magistr” jurnalının 6-cı nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər