Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, “Parabank”ın əmanətçilərinə 13,8 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 15,2 mln. manat, “Kredobank”ın əmanətçilərinə 3,6 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 1,7 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 34,3 milyon manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.
İlhamə ƏBÜLFƏT