11 Avqust 2016 19:12
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman verib.


Fərman ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi embleminin təsvirində dəyişikliklər edilməklə Dövlət Təhlükəsizlik Xidmətinin emblemi kimi təsdiq edilməsini nəzərdə tutur.

Başqa sözlə, MTN-in embleminin adında, birinci hissəsində və emblemin şəklinin adında, emblemin ikinci hissəsinin birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri, ikinci hissəsinin birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz ediləcək.


Müəllif:

Oxşar xəbərlər