13 Avqust 2016 21:25
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi “Sınıq Körpü” gömrük postunda sıxlığın yaranmasına dair bəzi KİV-lərdə yayılan xəbərlərə aydınlıq gətirib.


APA-nın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir:


“Bu gün bəzi kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstan- Azərbaycan sərhədində yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlığın yaranması, vətəndaşların və nəqliyyat vasitələrinin sərhədi keçmək üçün saatlarla gözləməsi barədə əsassız məlumatlar yayılıb. Üstəlik məlumatda o da bildirilir ki, sıxlıq süni şəkildə yaradılır və buna etiraz olaraq vətəndaşlar sərhəddə aksiya keçirib.

Dövlət Gömrük Komitəsi bildirir ki, bu məlumatların heç bir əsası yoxdur və “Sınıq Körpü” gömrük postu gün ərzində normal iş rejimində fəaliyyət göstərib. Sıxlığın süni şəkildə yaradılması və buna etiraz olaraq vətəndaşların aksiya keçirməsi barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil.

Hazırda da “Sınıq Körpü” gömrük postunda avtomobillərin və piyadaların keçidi qanunvericiliyə uyğun şəkildə, gömrük prosedurlarına uyğun vaxt ərzində həyata keçirilir və hər hansı sıxlıq müşahidə olunmur”.


Müəllif:

Oxşar xəbərlər