16 Avqust 2016 16:51
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyul ayında sistemdə daha 1 464 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb. Beləliklə də fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı bu ilin avqust 1-ə kimi 32 min 531 nəfər təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Sistemdə qeydiyyatda olan əcnəbilərin 88,4 faizi kişilərdən, qalanları qadınlardan ibarətdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidən Teleqraf.com-a verilən məlumata görə, fərdi şəxsi hesabı olan əcnəbilər sırasında Тürkiyə (15 108 nəfər), Gürcüstan (3 191 nəfər) Rusiya (1 859) vətəndaşları çoxluq təşkil edirlər.

Həmçinin sistemdə Özbəkistan (1750), Hindistan (1 373), İran (1 025), Çin (902), Banqladeş (785), Pakistan (683), Böyük Britaniya və Şimali İrlandiya (632), Ukrayna (529), Türkmənistan (312), Filippin (288), ABŞ (281), Almaniya (266), Qazaxıstan (249), İtaliya (213) kimi ölkələrin vətəndaşları qeydiyyatdadır.

Sistemin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər