23 Avqust 2016 13:19
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında hazırda elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem üzrə aparılır: Ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi (qeyri-stasionar proseslərin və onların təbiətinin tədqiqi) və Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası (Günəş atmosferində fəal qurumların dinamika və fizikası, Günəş-Yer əlaqələri, planet atmosferlərinin və onların peyklərinin tədqiqi, komet, asteroid, Günəş sistemi cisimlərinin hərəkəti, onların quruluşu, fizikası və təkamülü).

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunlardan əlavə, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, astronomiyanın tarixi və digər tədqiqatlar da aparılmaqdadır.

Qeyd edək ki, rəsədxana Azərbaycanda astronomiya və kosmik elmi biliklərinin təbliğində və tədrisində mühüm rol oynayır.


Müəllif:

Oxşar xəbərlər