8 Sentyabr 2016 14:57
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda, “Park Bulvar” alış-veriş mərkəzində 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.

Teleqraf.com xəbər verir ki, “Anadolu Agentliyi”nin fotoqraflarının çəkdiyi fotolardan ibarət “15 iyul – Milli iradənin yüksəlişi” adlı sərgidə 15 iyul gecəsi Türkiyədə yaşanan hadisələr, türk xalqının FETÖ üzvlərinə qarşı müqaviməti, bombalanan dövlət binaları və FETÖ-ya etiraz mitinqləri əks olunub.

Sərgiyə gələnlər “Anadolu Agentliyi”nin hazırladığı “Dəqiqə-dəqiqə FETÖ-nün çevriliş cəhdi” kitabını pulsuz əldə edə bilər. Sərgi sentyabrın 13-dək davam edəcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər