9 Sentyabr 2016 18:39
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı Rayon Baytarlıq İdarəsi və İsmayıllı rayon polis şöbəsi əməkdaşları anonim məlumat əsasında birgə reyd keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, reyd zamanı İsmayıllı şəhəri, Cavanşir küçəsi 47-də yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu tərəfindən İsmayıllı rayonunun Qarabağ qəsəbəsi yaxınlığında köhnə quşçuluq fermasında 300 kq miqdarında kəsilmiş 3 at cəmdəyi aşkar edilib.

Aparılan müayinələrin nəticəsinə əsasən at cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər