11 Sentyabr 2016 13:04
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tibb müəssisələrində qeydə alınan hamilə qadınların doğuşunu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb.

Trend-in Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən verdiyi məlumata görə, Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəlik anemiyadır.

Ötən il 22 435 qadında anemiya doğuşu ağırlaşdıran əsas xəstəlik olub.

Bu xəstəlik ondan əvvəlki illərdə də doğuşu ağırlaşdıran xəstəliklər sırasında ilk yeri tutub.

Anemiya həm də hamiləliyi başa çatan qadınlarda ən çox rast gəlinən xəstəlikdir. Ötən il 27 397 hamiləliyi başa çatan qadında anemiya olub.

Azərbaycanda doğuşu ağırlaşdıran xəstəliklər arasında ikinci yeri tutan proteinuriya, ödemlər və hipertenziv hallarına ötən il 6 567 qadında rast gəlinib.

Qadınların 2 679-nun doğuşunun ağırlaşmasına ciftin ayrılması ilə əlaqədar olan qanaxmalar, 2 263-ə venoz fəsadları, 1 138-ə sidik-cinsiyyət sisteminin xəstəlikləri səbəb olub. Bununla yanaşı, ötən il Azərbaycanda 703 qadının doğuşunun ağırlaşmasına qan dövranı sisteminin xəstəlikləri, 198-nin doğuşunun ağırlaşmasına isə şəkərli diabet səbəb olub.

Ötən il Azərbaycanda tibb müəssisələrində 130 830 qadının hamiləliyi başa çatıb ki, onların 123 078-nin doğuşu vaxtında, 4714-nün doğuşu isə vaxtından əvvəl (28-36 həftə) olub.

Qeyd edək ki, ötən il Azərbaycanda 24 ana ölümü baş verib. 2010-cu ildə bu rəqəm 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013 və 2014-cü illərdə isə 25 olub.


Müəllif:

Oxşar xəbərlər