14 Sentyabr 2016 14:07
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın nüfuzlu elmi nəşrlərindən biri olan “Müasir elmi fikir” (“Современная научная мысль”) jurnalının Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş xüsusi buraxılışı çap olunub.

Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun Teleqraf.com-a verdiyi məlumata görə, bu elmi jurnalın təsisçisi Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, baş redaktoru isə professor İqor Turitsındır.

Jurnalın xüsusi buraxılışı Azərbaycan AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Prezident İlham Əliyev – müasir inkişafın Azərbaycan modelinin qurucusu” adlı məqaləsi ilə başlayır. İnstitut direktorunun məqaləsində Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyəti haqqında geniş məlumat verilir.

“Prezident İlham Əliyev bütün dünyaya bəyan edir ki, ermənilər Cənubi Qafqaza XIX əsrin əvvəllərindən başlayaraq köçürülüb gətirilmişlər”, – tarixçi-alim məqaləsində yazır.

Jurnalda Prezident Administrasiyas ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin “Azərbaycan Respublikasının neft siyasətinin formalaşdırılması və reallaşdırılması”, tarixçi-alimlər Cəbi Bəhramovun “Heydər Əliyevin investisiya siyasətində neft amili”, Sevinc Əliyevanın “Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı müstəqillik dövründə (1991-2016)”, Firdovsiyyə Əhmədovanın “Müasir Azərbaycan dövlətçiliyində Azərbaycan Demokratik Respublikasının ənənələri”, Türkiyənin Karabük Universitetinin dosenti Əli Əsgərin “Həsən bəy Zərdabi – Azərbaycan milli mətbuatının banisi”, professorlar Rauşanbek Absattarov və İohann Raunun “XIX əsr – XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xanlıqlarına köçürülməsi: məsələnin tarixinə dair” adlı məqalələri də yer alıb.

“Müasir elmi fikir” jurnalı vasitəsiylə baş redaktor Turitsın, akademik Rafael Hakimov, professorlar İohann Rau, Rauşanbek Absattarov Azərbaycan xalqını müstəqilliyimizin 25 illiyi ilə bağlı təbrik ediblər.

Qeyd edək ki, Azərbaycandan Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva jurnalın redaksiya heyətinin üzvüdür.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər