14 Sentyabr 2016 16:15
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının ölümünün dəqiq səbəbləri açıqlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, meyitin müayinəsi zamanı ağır ginekoloji xəstəlik olan preeklampsiyanın və beyinə qansızmanın ölümə səbəb olduğu aşkar edilib. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirdilər ki, ölümdə həkim səhvinin olub-olmaması hələ araşdırılmayıb: "Həkimin işinin araşdırılması məqsədilə Nəsimi rayon Prokurorluğu hələ ekspertiza təyin etməyib və müvafiq komissiya yaradılmayıb. Həkim işinin araşdırılmasına bundan sonra başlanacaq”.

Dilarə Babayeva qarpızdan zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil olub və orada dünyasını dəyişib. O, Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu olub.


Müəllif:

Oxşar xəbərlər