Sentyabrın 14-də Sumqayıt şəhərində yaşayan azyaşlılar - Şahvələd Qurbanov, Qəmər Hadıyeva, Yusif Sultanov və bacısı Əsnad Sultanov qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sumqayıt Şəhər Uşaq Xəstəxanasından Teleqraf.com-a verilən məlumata görə, xəstəxanaya gətirilən uşaqlar orta ağır vəziyyətdə olub: “İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Uşaqlar pomidordan, dərmanlanmış gavalıdan zəhərləniblər”.
İlhamə ƏBÜLFƏT