Sentyabrın 16-da yerli vaxtla 21:04-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəz məlumat yayıb.
Maqnitudası 3,8 bal olan zəlzələnin ocağı 58 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.